“Qərb ölkələri Moskvaya qarşı sanksiyalar və təzyiqlər vasitəsilə yalnız rus xalqının birliyinə nail olublar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.
O, Qərbin Rusiyaya qarşı hibrid müharibəsinin nəticələrindən danışıb.
"Sanksiyalar xalqı həyəcanlandırmalı, etiraz dalğaları yaratmalı idi, lakin onlar ölkənin birliyinə, xalqın birliyinə gətirib çıxardılar" - Lavrov deyib.
Bizim.Media