Dubayda yaşayan belaruslu qız çılpaq fotosessiya qalmaqalından danışdı: “Necə ola bilər ki...” - FOTO

Dubayda yaşayan belaruslu qız çılpaq fotosessiya qalmaqalından danışdı: “Necə ola bilər ki...” - FOTO

Hazırda oxunan: Dubayda yaşayan belaruslu qız çılpaq fotosessiya qalmaqalından danışdı: “Necə ola bilər ki...” - FOTO

17065

Yaşayış binasının eyvanındakı çılpaq qızların fotoları BƏƏ sakinlərini şoka salıb. “İştirakçıları sərt cəza gözləyir” xəbəri bütün mediaya yayılıb. Bu arada Dubayda turizm mövsümü sürətlə davam edir.

Bizim.Media xəbər verir ki, "Komsomolskaya Pravda" qəzeti artıq Dubayda baş verən qalmaqallı çılpaq fotosessiya haqqında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dubayda tutulan çılpaq qızları hansı cəza gözləyir? – Yeni məlumatlar var - VİDEO


Belarus da daxil olmaqla, müxtəlif MDB ölkələrindən çılpaq qızlar Dubaydakı binalardan birinin şüşə balkonunda çılpaq şəkildə fotosessiyaya çəkilib. 

İnternetə səpələnmiş video və fotolardan sonra polis fotosessiya iştirakçılarını - təxminən 15 qız və operatoru saxlayıb. İndi onları həbs cəzası gözləyir. Qızlar 6 aya qədər həbsxanada qala bilərlər.

Rəsmi olaraq, Belarus Xarici İşlər Nazirliyi bu hadisəni hələ şərh etməyib.

“Komsomolskaya Pravda” bir neçə ildir Dubayda yaşayan və “çılpaq” videonun çəkildiyi binanın yanında olan Minskli Mariya ilə əlaqə saxlayıb.

“Videonun ekran görüntülərindən başa düşülür ki, hadisə oteldə yox, mənzillərin kirayəyə götürüldüyü adi yaşayış binasında olub. “Dubai Marina”  turizm bölgəsində. Bura yaşadığım evin qonşusudur”. Qız söhbətə belə başlayır.

Qeyd edək ki, çoxlu sayda çılpaq qız video və foto çəkmək üçün göydələnin balkonuna çıxıb. 

Yeri gəlmişkən, bu göydələnlərdə mənzil çox bahalıdır. Bir otaqlı mənzil kirayəyə götürmək ayda təxminən 1800 dollara başa gəlir.

“Necə ola bilər ki, eyvana çılpaq halda çıxasan”. Maria qəzəbli danışıb. - BƏƏ-nin çox sərt qaydaları var və hətta ictimai yerdə öpüşmək də cəzalandırılır. Baxmayaraq forumlarda uzun illər buna görə heç kimin həbs olunmadığını yazırlar. Ümumiyyətlə, polis məmuru öpüşənlərə sadəcə xəbərdarlıq edir. Ancaq internetdə bir ukraynalı turistin Özbəkistanlı qızla kütləvi yerdə öpüşdüyünə görə 1000 dollar cərimə ödədiyi haqda bir informasiya var.

Eyni zamanda, Belaruslu qız bütün sərt normalara baxmayaraq Dubaydakı səkilərin sözün əsl mənasında intim vizit kartları ilə dolu olduğunu söyləyib:

“Hər gün kuryerlər belə kartları küçələrə səpələyir, süpürgəçilər onları toplayırlar. Qalmaqalın yaşandığı Dubai Marina bölgəsində çox sayda belə "seks kartı" var”.

“Bir dəfə bir oğlanın onları necə səpələdiyini gördüm. Geniş şalvarda idi, əlini  deşik açılan cibinə qoymuşdu, ordan da vizit kartları şalvarının balağından yerə tökülürdü. Və heç nə olmamış kimi yeriyirdi, heç bir şey olmadığı kimi davranırdı”. Minskli qız təbəssümlə müşahidələrini bölüşüb.

Xatırladaq ki, BƏƏ-də də dünyanın hər yerində olduğu kimi koronavirus pandemiyası var. 

Belaruslu qız bu haqda da bir neçə kəlmə danışıb:

“Məhdudiyyətlər indi minimaldır: çölə çıxa bilərsiniz, ancaq maska taxmalısınız.  Kafe və restoranlarda ziyarətçi sayında məhdudiyyətlər var, çox sayda insanların toplaşması qadağandır. Ancaq ümumilikdə turizm mövsümü sürətlə davam edir”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO