Bayden Netanyahunu fikrindən daşındırıb - DETALLAR

Bayden Netanyahunu fikrindən daşındırıb - DETALLAR

Hazırda oxunan: Bayden Netanyahunu fikrindən daşındırıb - DETALLAR

170541

ABŞ-ın “Wall Street Journal” nəşri İsrailin oktyabrın 7-də başlayan münaqişədən bir az sonra Livandakı Hizbullah hədəflərinə hücum etməyi planlaşdırdığını yazıb.

Bizim.Media xəbər verir ki, nəşrin iddiasına görə, İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Livana “önləyici hücum” etməsini istəyib, lakin ABŞ prezidenti Co Bayden 45 dəqiqəlik telefon danışığı ilə Netanyahunu hücumu həyata keçirməməyə razı salıb.

"Oktyabrın 11-də Bayden və Netanyahunun telefon danışığı zamanı İsrail döyüş təyyarələri çoxdan havaya qalxaraq hücuma hazır idi. Bayden Netanyahudan bu hərəkətinin nəticələrini yenidən nəzərdən keçirməsini istəyib" - WSJ yazıb.
Sözügedən telefon danışığı indiyə qədər rəsmi açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO