“Facebook”dan məlumatlarının oğurlanması ilə bağlı AÇIQLAMA

“Facebook”dan məlumatlarının oğurlanması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: “Facebook”dan məlumatlarının oğurlanması ilə bağlı AÇIQLAMA

17053

Facebook sosial şəbəkəsi bildirib ki, bu yaxınlarda 530 milyondan çox istifadəçinin şəxsi məlumatlarının oğurlanmasına səbəb onun sisteminə haker hücumu yox, cinayətkarların veb-resurslar yolu ilə şəxsi məlumatlara keçidi alması olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Facebook”un rəsmi saytında dərc edilmiş xəbərdə deyilir.

"Anlamaq əhəmiyyətlidir ki, cinayətkarlar informasiyanı bizim sistemlərimizdən haker hücumu yolu ilə yox, məlumatların platformamızdan çıxarılmasının köməyi ilə əldə etdilər", - açıqlamada deyilir.

Qeyd edilir ki, sistemin məlumatların itkisinə səbəb olan çatışmazlıq aradan qaldırılıb.

Daha əvvəl bildirilirdi ki, ''Facebook''un 533 milyon nəfərdən çox istifadəçisinin şəxsi məlumatları haker forumuna yerləşdirilib.

Forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə, 106 ölkədən olan istifadəçilərin tam adları, yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO