Moldova MDB-dən ayrılmağa hazırlaşır

Moldova MDB-dən ayrılmağa hazırlaşır

Hazırda oxunan: Moldova MDB-dən ayrılmağa hazırlaşır

169954

Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkə parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib. 

Komissiya rəhbəri bildirib ki, Moldova bu yaxınlarda müdafiə və təhsil sahəsində MDB çərçivəsində üç sazişi ləğv edib və Birlikdən çıxmaq üçün demək olar son mərhələdədir: 

“2024-cü ilin sonuna qədər prosesi tamamlamağı qarşımıza məqsəd qoymuşuq. Moldova MDB-ni tərk etməklə iqtisadi zərər görməyəcək”. 

Parlamentari bildirib ki, Moldova MDB-ni tərk etməkdən xeyir götürəcək, çünki Birliyə ödənişlər etməli olmayacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO