Ermənistan Avropaya inteqrasiya edə biləcəkmi?

Ermənistan Avropaya inteqrasiya edə biləcəkmi?

Hazırda oxunan: Ermənistan Avropaya inteqrasiya edə biləcəkmi?

169690

Ermənistanın Avropaya inteqrasiyası onun Rusiya ilə qarşıdurmada nə qədər dözəcəyindən asılı olacaq.

Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, nə Moldova, nə Ukrayna, nə də Gürcüstan indiki formada Avropaya inteqrasiya mərhələsi üçün gəlib çatdıqları heç bir kriteriyaya tam cavab vermir:

"Bu, siyasi qərardır və sırf Ukrayna müharibəsi və Avropa ilə Rusiya Federasiyasının qarşıdurması səbəbindən qəbul edilib".

Politoloqun fikrincə, Gürcüstan Aİ üzvlüyünə Ukrayna və Moldovadan öncə hazır idi:

"Bununla belə, Ukrayna və Moldova Aİ-yə üzvlüklə bağlı danışıqların başlandığı ölkələrə, Gürcüstan isə yalnız namizədə çevrilib. Müvafiq olaraq, bu qarşıdurma üçün Ermənistan lazım olacaqsa, o zaman bu cərgədə yer alacaq".

Politoloq hesab edir ki, əgər Ukrayna, Moldova və Gürcüstan mövcud olduqları formada Aİ-yə daxil olsalar, o zaman bu, başqa Avropa İttifaqı olacaq, başqa təşkilat və başqa reallıq olacaq:

"Bundan sonra nə baş verəcəyi Ukrayna müharibəsinin nəticələrindən və Qərbin Rusiya ilə münasibətindən asılıdır. Ermənistanın isə bu prosesdə iştirak edib-etməyəcəyi sual altındadır.

Yenə də diqqətlər Ukrayna müharibəsinə və Rusiyanın Avropa ilə münasibətinə yönələcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO