Türkiyədə 3 cinayətkar dəstə başçısı həbs edildi

Türkiyədə 3 cinayətkar dəstə başçısı həbs edildi

Hazırda oxunan: Türkiyədə 3 cinayətkar dəstə başçısı həbs edildi

169680

Türkiyədə 3 cinayətkar dəstə başçısı həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında yazıb.

Nazirin sözlərinə görə, həbs olunanlardan ikisi İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub:

Polşada narkotik vasitələrin satışı ilə məşğul olan Thomas Josef Konrad və Çində dələduzluq əməllərinə görə Jinking Peng.

Həbs olunanlardan Daniel Alexander Muller isə Almaniyada külli miqdarda narkotik vasitələrin (1 ton kokain) müsadirəsindən sonra şübhəli şəxslərin sırasına daxil edilərək təcili həbs olunması üçün axtarışa verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO