Rusiya hökuməti alkoqollu içkilərə qarşı mübarizəyə START VERDİ 

Rusiya hökuməti alkoqollu içkilərə qarşı mübarizəyə START VERDİ 

Hazırda oxunan: Rusiya hökuməti alkoqollu içkilərə qarşı mübarizəyə START VERDİ 

169267

Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. 

Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sənəddə deyilir ki, adambaşına istehlak edilən etanolun həcmi 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir.
Sənəddə alkoqolun zərərli təsirlərinin ilkin mərhələdə müəyyən edilməsi üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aksiz vergilərindən yayınmağa imkan verən spirtli içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə mübarizə də nəzərdə tutulur.

Hakimiyyət orqanları dərman, ətriyyat, kosmetika və digər spirt tərkibli mayelərin alkoqol kimi istifadəsi təcrübəsini izləmək və qarşısını almaq, habelə görülən tədbirlərin effektivliyini artırmaq üçün sosialyönümlü qeyri-kommersiya təşkilatlarını cəlb etmək niyyətindədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO