Şarl Mişel: “Aİ Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyir”

Şarl Mişel: “Aİ Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyir”

Hazırda oxunan: Şarl Mişel: “Aİ Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyir”

169059

“Qərbi Balkan regionu Avropanın bir hissəsidir. Biz bu regiondakı altı ölkənin Aİ-yə üzvlük perspektivlərini bir daha təsdiqləyir və bütün sahələrdə əməkdaşlığı gücləndirmək istəyirik”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-Qərbi Balkan ölkələrinin Brüsseldə keçirilən sammitində deyib.

O qeyd edib ki, Aİ genişlənmə ilə bağlı yekun qərarını gözləmədən Qərbi Balkan ölkələrinin ittifaqa qoşulmasını hədəfləyir:

“Avropa İttifaqı bu çərçivədə ölkələr arasında əməkdaşlığı artıracaq və regionu Aİ-yə yaxınlaşdıracaq strategiya qəbul edib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO