"Bizim Fransa isə yaxşı münasibətlərimiz olub. Heç vaxt onlarla danışıqlardan yayınmamışıq. Makronla mən qarşılıqlı dövlət səfərləri həyata keçirmişik. İstər ikitərəfli əlaqələrdə, istərsə də beynəlxalq məsələlərdə gərgin çalışmışıq".
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Hansısa andan sonra Fransa prezidenti bizimlə münasibətləri kəsdi. Biz kəsmədik, məhz o kəsdi. İndi isə onlar tərəfindən münasibət yaratmaq istəyi yoxdur. İstək varsa, biz hazırıq. Əks halda onlarsız da yaşaya bilərik", deyə o, qeyd edib.
Bizim.Media