Rusiya Ukraynanın baş hərbi kəşfiyyatçısını axtarışa verdi

Rusiya Ukraynanın baş hərbi kəşfiyyatçısını axtarışa verdi

Hazırda oxunan: Rusiya Ukraynanın baş hərbi kəşfiyyatçısını axtarışa verdi

168969

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovu axtarışda olanlar siyahısına salıb.

Bizim.Media "Meduza"ya istinadən xəbər verir ki, müvafiq məlumat informasiya bazasında yer alıb.

Bu, Rusiyanın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinə qarşı qaldırdığı ilk iş deyil. Əvvəllər o, Rusiyada terrorçu qruplaşma yaratmaqda, bir qrup şəxslə birgə terror aktı törətməkdə, silah və partlayıcı maddələr saxlamaqda ittiham olunurdu.
Bu ittihamlarla Budanov 2023-cü ilin aprelində qiyabi həbs edilib. Rusiya Cinayət Prosessual Məcəlləsinə əsasən, qiyabi həbs Budanovun o vaxta qədər axtarışda olduğunu deməyə əsas verir. Lakin bu vaxta qədər Daxili İşlər Nazirliyi bu məlumatı öz informasiya bazasında yerləşdirməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO