“Münaqişələr, iqlimlə bağlı fövqəladə hallar və çökən iqtisadiyyatların dünya üzrə icmaları tələf etməyə davam etdiyi bir vaxtda BMT dünya üzrə fəlakətli aclıq, kütləvi miqrasiya və xəstəliklərlə üzləşən 181 milyon insana yardım üçün 2024-cü ilə qədər 46,4 milyard ABŞ dolları məbləğində vəsait ayrılması üçün donorlara müraciət edib”.
Bizim.Media xəbər verir ki, təşkilatın saytında bu barədə BMT-nin Fövqəladə Yardım Koordinatoru Martin Qriffits məlumat verib.
O, humanitar yardımların rolunu yüksək qiymətləndirib, lakin beynəlxalq dəstəyin artan ehtiyaclardan çox geridə qaldığını vurğulayıb:
"Biz bütün donorlara töhfələrinə görə təşəkkür edirik, bu il 20 milyard ABŞ dolları vəsait ayrılıb, amma donorların bu yardımı lazım olanın yalnız üçdəbirini təşkil edir. 2024-cü ildə daha çox yardım ayıra bilməsək, insanlar bunun əvəzini canları ilə ödəyəcəklər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:41 / 12.12.2023
BMT böhranlardan əziyyət çəkən insanlara yardımla bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: BMT böhranlardan əziyyət çəkən insanlara yardımla bağlı MÜRACİƏT ETDİ
Hazırda oxunan: BMT böhranlardan əziyyət çəkən insanlara yardımla bağlı MÜRACİƏT ETDİ
168725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.