Pentaqon rəhbəri: “ABŞ Ukraynaya yeni qoşunlar yaratmağa kömək edəcək”

Pentaqon rəhbəri: “ABŞ Ukraynaya yeni qoşunlar yaratmağa kömək edəcək”

Hazırda oxunan: Pentaqon rəhbəri: “ABŞ Ukraynaya yeni qoşunlar yaratmağa kömək edəcək”

168577

ABŞ Ukraynaya gələcəkdə Rusiyanın hücumlarının qarşısını ala biləcək yeni qoşunlar yaratmağa kömək edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya öz döyüş imkanlarını möhkəmləndirmək və genişləndirməkdə və yaxın illərdə Rusiyanın təcavüzünü dəf etməyə qadir qüvvə yaratmaqda kömək etməyə sadiqik. ABŞ-ın dəstəyi dəyişməz olaraq qalır. Biz Rusiyanı gələcək təcavüzdən, o cümlədən NATO müttəfiqlərimizə qarşı hər hansı təcavüzdən çəkindirməyə çalışacağıq”, - deyə Ostin bildirib.

Pentaqonun rəhbəri qeyd edib ki, Ukrayna təkcə ABŞ üçün deyil, ümumən XXI əsrdə qlobal təhlükəsizlik üçün də böyük əhəmiyyət kəsb edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO