Rusiya Ermənistana kömək göstərməkdən imtina etdi 

Rusiya Ermənistana kömək göstərməkdən imtina etdi 

Hazırda oxunan: Rusiya Ermənistana kömək göstərməkdən imtina etdi 

1684

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məktub yazaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsləhət və yardım istəməsinə Putinin müsbət olmayan cavabından sonra Rusiya Xarici İşlər Nazirliyi də eyni reaksiyanı verib.

Rusiya XİN-in rəyi belə olub: “Rusiya Federasiyası İrəvana hər cür yardım edəcək, əgər qarşıdurmalar birbaşa Ermənistanın ərazisinə keçəcəksə”.

Xatırladaq ki, oktyabrın 30-da Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın Dağlıq Qarabağda mülki obyektləri və dinc əhalini hədəfə almamağı və humanitar atəşkəslə bağlı razılığa gəlmələri haqda bəyanat yayıb.

Ermənistanın hər dəfə humanitar atəşkəsi və Cenevrə konvensiyası qaydalarını pozduğunu nəzərə alsaq, Rusiyanın Ermənistan hökumətinə bu cür cavabı Putinin Paşinyana birbaşa etimadsızlığından xəbər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO