ABŞ İraqdakı hərbi bazalarına hücumlara görə İrana XƏBƏRDARLIQ ETDİ

ABŞ İraqdakı hərbi bazalarına hücumlara görə İrana XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: ABŞ İraqdakı hərbi bazalarına hücumlara görə İrana XƏBƏRDARLIQ ETDİ

168261

"İraqda fəaliyyət göstərən İrana bağlı  "Kətaib-i Hizbullah" və "Hərəkat əl-Nücəba" silahlı qruplaşmaları terror təşkilatlarıdır".

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı zamanı qeyd edib.

Amerikalı nazir bildirib ki, İrana bağlı qüvvələr ABŞ hədəflərinə hücumlara görə məsuliyyət daşıyırlar:

“İraq hökuməti ölkədəki diplomatik heyəti və beynəlxalq anti-İŞİD koalisiya qüvvələrini qorumağa borcludur. ABŞ-ın isə bu hücumlar qarşısında özünü müdafiə etmək hüququ var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO