Ərdoğan Yunanıstan Baş nazirini Türkiyəyə səfərə dəvət etdi

Ərdoğan Yunanıstan Baş nazirini Türkiyəyə səfərə dəvət etdi

Hazırda oxunan: Ərdoğan Yunanıstan Baş nazirini Türkiyəyə səfərə dəvət etdi

168069

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Miçotakisi Ankaraya səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı bildirib ki, səfər çərçivəsində imzalanan Afina Bəyannaməsi ikitərəfli əlaqələrin inkişafı üçün hər iki ölkənin iradəsinin təzahürüdür:

“İki ölkə üçüncü tərəflərn müdaxiləsinə ehtiyac olmadan problemlərini dialoqla həll edə biləcək təcrübə və iradəyə sahibdir. Ən yüksək səviyyədə dialoqun davam etməsi önəmlidir”.

Ərdoğan Afinaya səfərinin səmərəli keçdiyini söyləyib: 

“Türkiyə-Yunanıstan əlaqələrində yeni səhifənin açılacağına inanıram. Müzakirələrimizin və qəbul etdiyimiz qərarların xeyirli olmasını arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO