General: “İsrail ordusu Qəzza zolağının şimalında öz məqsədinə çatıb”

Hazırda oxunan: General: “İsrail ordusu Qəzza zolağının şimalında öz məqsədinə çatıb”

167412

“İsrail müdafiə qüvvələri Qəzza zolağının şimalında öz məqsədinə çatmağa yaxındır, lakin quru qoşunları anklavın digər hissələrində HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirir”.

Bizim.Media xəbər verir ki, bunu İsrail müdafiə ordusunun briqada generalı Hişam İbrahim deyib. 

O qeyd edib ki, şimal hissəsində hədəflərə demək olar ki, nail olunub:

“Biz Qəzza zolağının digər hissələrində quru əməliyyatının miqyasını genişləndirməyə başlayırıq”

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. 
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO