İsrail terrorçuların hədəflərinə 10 mindən çox hava zərbəsi endirdi

İsrail terrorçuların hədəflərinə 10 mindən çox hava zərbəsi endirdi

Hazırda oxunan: İsrail terrorçuların hədəflərinə 10 mindən çox hava zərbəsi endirdi

167283

İsrail Hərbi Hava Qüvvələri hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağındakı terrorçu hədəflərinə 10 mindən çox hava zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin quru bölmələri ilə koordinasiyalı şəkildə Qəzza zolağında terrorçuların hədəflərinə, infrastrukturuna, komanda mərkəzlərinə, tunel şaxtalarına və silah anbarlarına zərbələr endirilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaq, qadın və yaşlı insanın terrorçular tərəfindən girov götürülməsi ilə müşayiət olunub.

Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki “Əl-Əqsa” məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar.

İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklav, Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO