Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatdı

Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatdı

Hazırda oxunan: Qəzza zolağında ölənlərin sayı 15 523 nəfərə çatdı

167263

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 15 523 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda 41 316 şəxs müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO