Ermənipərəst senator Bob Menendesin ABŞ senatından uzaqlaşdırılması TƏLƏB OLUNDU

Ermənipərəst senator Bob Menendesin ABŞ senatından uzaqlaşdırılması TƏLƏB OLUNDU

Hazırda oxunan: Ermənipərəst senator Bob Menendesin ABŞ senatından uzaqlaşdırılması TƏLƏB OLUNDU

167133

ABŞ-də konqresmen Corc Santosun Nümayəndələr Palatasından uzaqlaşdırılmasından sonra demokrat senator Con Fetterman hazırda rüşvətxorluq və əlbir olma ittihamları ilə üzləşən senator Bob Menendesin də kənarlaşdırılmasına çağırış edib.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fetterman bu açıqlamaları Nümayəndələr Palatasının Nyu-Yorkdan olan konqresmeni tarixi səsvermə nəticəsində senatdan uzaqlaşdırmasından dərhal sonra verib.

“O getməlidir. Əgər Santosu kənarlaşdıracaqsınızsa, Menendes kimi birinin senatda qalmasına necə imkan verə bilərsiniz?” - deyə Pensilvaniyanı təmsil edən Fetterman bildirib.

“Hesab edirəm ki, Menendes əslində Nyu-Cersidən deyil, Misirdən olan senatordur. Ona görə də həqiqətən onun getməli olduğunu düşünürəm”, - deyə Con Fetterman qeyd edib.

Belə ki, Corc Santosa qarşı 2022-ci ildə kreslosu uğrunda kampaniyası zamanı öz keçmişi haqqında yalan danışdığı ilə bağlı ittiham irəli sürülüb.
Senator Menendesə isə həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Xana ilə birlikdə keçən ay bir dövlət məmurundan xarici agent kimi istifadə etmək üçün əlbir olmaq maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bob Menendes ermənipərəst bəyanatları ilə də tanınır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO