Parlamentin iclasında qazaxıstanlı deputat Marat Başimov Rusiya Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Yevgeni Fedorova psixiatra müraciət etməyi və rusiyalı həmkarlarına isə “incə siyasi mövzularda danışmazdan əvvəl düşünməyi” təklif edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Qazaxıstan mətbuatı yayıb.
“Dövlət Dumasının deputatının 13 yaşlı oğlanın zəkasına malik olan təxribatlarını şərh etmək çətindir. Fedorovun sözləri tarixə ziddir. Fedorovun və onun kimilərinin bütün psixoloji travmalarını media və parlamentdə deyil, psixiatr divanında həll etmək lazımdır.
Bizim sovet keçmişimizlə bağlı heç bir kompleksimiz yoxdur, biz müstəqillik əldə etmişik və beynəlxalq səviyyədə tanınırıq. Mən rusiyalı həmkarlarımı çox həssas siyasi mövzularda çıxış etməzdən əvvəl düşünməyə çağırıram. Sizin ümumi sovet keçmişi ilə bağlı xatirələriniz yalnız tarix kitablarında qalıb”, - deyə o bildirib.
Xatırladaq ki, noyabrın 29-da Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov “Gazeta.ru”ya müsahibəsində Qazaxıstanı “tamamilə hüquqi xarakter daşımayan” ərazi adlandırıb və qeyd edib ki, “Petropavlovsk Xalq Şurası”nın iştirakçılarını ekstremizmə görə məhkəməyə vermək lazımdır.
- A-
- A
- A+
Dünya
17:56 / 30.11.2023
Qazaxıstandan rusiyalı deputata sərt cavab: "Psixiatra müraciət et" - VİDEO
Hazırda oxunan: Qazaxıstandan rusiyalı deputata sərt cavab: "Psixiatra müraciət et" - VİDEO
Hazırda oxunan: Qazaxıstandan rusiyalı deputata sərt cavab: "Psixiatra müraciət et" - VİDEO
166883
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.