Xəbər verdiyimiz kimi, Rusiya və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov və Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 30-cu iclası çərçivəsində görüşüblər.
Bizim.Media xəbər verir ki, görüş zamanı Rusiyanın baş diplomatı Ermənistanın Vyanada və ATƏT-dəki səfirinin fəaliyyətinə görə Ararat Mirzoyanı danlayıb.
Lavrov gülərək ona "Vyanadakı səfiriniz müstəqildir, təlimatsız işləyir?" sualını verib.
Qeyd edək ki, Ermənistanın Avropa ölkələrindəki səfirləri anti-Rusiya tədbirlərində fəal iştirak edirlər və bununla da Qərbin rəğbətini qazanmağa çalışırlar.
Bizim.Media