ABŞ-ın yeni prezidenti Co Baydenin ilk işi sələfi Donald Tramp tərəfindən tətbiq olunan transgenderlərin orduda xidmət qadağasını aradan götürmək olub. İndi cinsini dəyişən amerikalılar, digər cinsi azlıqların nümayəndələri ilə birlikdə yenidən sərbəst şəkildə çiyinlərində silah daşıya bilərlər.
Qədim tarix...
Cinsi azlıqlar problemi ABŞ ordusunda son onilliklərdə ortaya çıxıb. Əvvəllər məsələ olduqca sadə bir şəkildə həll olunurdu: homoseksuallar orduya buraxılmırdı.
Bəzilər üçün hətta bu, sərfəli idi. Gənclər özlərini homoseksual kimi təqdim edirdilər ki, Vyetnam müharibəsi zamanı ordudan qurtulsunlar.
Bill Klinton administrasiyası qadağanın ləğvi barədə ciddi düşünürdü. 1993-cü ildə "Soruşma, danışma" qanunu qəbul edildi. Qanuna görə öz orientasiya pozğunluğunu açıq şəkildə elan etməyən geylər orduda xidmət edə bilirdilər.
2010-cu ildə Barak Obamanın dövründə isə bu qanun ləğv edildi. Bu, Pentaqonun homoseksuallığı psixi bir xəstəlik kimi qəbul etməməsi ilə əlaqəli idi. Geylərin və lezbiyanların orduda xidmət etməsi üçün heç bir məhdudiyyət yox idi. Daha sonra bu siyahıya transseksuallar da daxil edildi.
Donald Tramp hakimiyyətə gələn kimi transgenderləri hədəf götürdü: 2017-ci ildə onların orduda xidmət etmələrini qadağan etdi.
Fərmanda səbəb kimi “gender disforiyası” diaqnozu qoyulmuş əsgərlərin xüsusi tibbi yardıma ehtiyacı olduğu üçün müdafiə qabiliyyətinə mənfi təsir göstərdiyi qeyd edildi.
O zamana qədər hərbi xidmətdə olan 6000-ə yaxın cinsi azlıqlar orduda qaldı, lakin yeniləri qəbul edilmədi. Bu isə o zaman böyük qalmaqala səbəb olmuşdu.
Sosial aktivistlər və LGBT üzvləri məhkəmələrə müraciət etdilər. Onlar Trampın təşəbbüsünü ləğv etməyə nail oldular. Pentaqon qadağanı qeyri-müəyyən müddətə təxirə saldı. Hökümət bu prosesi qalmaqalsız həyata keçirməyə çalışırdı.
Nəticədə fərman yalnız 2019-cu ildə qüvvəyə mindi. Lakin Trampın bu qərarı 1 il qüvvədə qala bildi. Bayden administrasiyası hakimiyyətə gələn kimi, qərar ləğv olundu.
Bu yaxınlarda Bayden homoseksualların orduda xidmət etməsi haqqında fərman imzaladı. Bu qanunla o, ABŞ-da insanlara cinslərinə, orientasiyalarına və dərilərinə görə qiymət verilmədiyini bildirib. Lakin bir çox mütəxəssisin fikrincə, bu, Bayden tərəfindən növbəti atılmış siyasi addımdır.
Amerikalı analitiklərin son araşdırmalarına görə, hazırda xidmətdə və ehtiyatda olan 10.000-ə yaxın transgender hərbi qulluqçu var.
Hərbi ekspertlər isə düşünürər ki, cinsi azlıqları normal orientasiyalı insanlarla birgə hərbi xidmətə buraxmaq düzgün deyil. Çünki bu orduda təcavüzlərə yol açır. Cinsi azlıqlar tez-tez təzavüz edildikləri haqqında şikayət edirlər.
Bundan başqa cinsiyyətini dəyişən şəxslər mütəmadi harmonal həblər qəbul etmək məcburiyyətində olur, bu da saçların, dişlərin tökülməsinə gətirib çıxarır. Həm də bu cür insanlar normal kişilər tərəfindən lağa qoyulur, döyülür. Onlar döyüşlərdə də iştirak edə bilməzlər, çünki silahla ancaq güclülər düzgün davrana bilər.
Baydenin imzaladığı qərar 30 apreldə qüvvəyə minəcək. Bundan sonra orduda xidmət etmək istəyən transgenderlər Müdafiə Nazirliyinə ərizə ilə müraciət edə biləcəklər.
Pentaqon transgenderlərin orduda xidmət etməsini artıq xərc sayır. Çünki, belə halda şəxsin bütün xərclərini dövlət öz üzərinə götürməlidir. Bundan əlavə əməliyyat xərcləri də qarşılanmalıdır. Bu kişilər üçün 25.000, qadınlar üçün isə 50.000 dollara başa gəlir.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:30 / 03.04.2021
“İndi hər şey başqa cür olacaq?” – Bayden transseksualları niyə orduya buraxır?
Hazırda oxunan: “İndi hər şey başqa cür olacaq?” – Bayden transseksualları niyə orduya buraxır?
Hazırda oxunan: “İndi hər şey başqa cür olacaq?” – Bayden transseksualları niyə orduya buraxır?
16669
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.