Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bizim.Media xəbər verir ki, nəzarətli qalma rejiminin Rusiyada qalmaq üçün qanuni hüququ olmayan miqrantlara tətbiq edilməsi təklif edilir, onların müvafiq reyestrə daxil edilməsi planlaşdırılır.
Reyestrə daxil edilmiş miqrantlar hüquqi şəxs və fərdi sahibkar kimi dövlət qeydiyyatından keçə, daşınmaz əmlakın qeydiyyatını apara, avtomobil ala, avtomobilini qeydiyyata sala və ya mülkiyyət hüququnu başqalarına verə bilməyəcək.
Bundan əlavə, qeyri-leqal mühacirlərin avtomobil idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Onlar həmçinin sürücülük imtahanından keçə və sürücülük vəsiqəsini dəyişdirə bilməyəcəklər. Digər məhdudiyyətlər arasında bank hesabı açmaq, pul köçürmək də var. Həmçinin onlar ölkədə nikah bağlaya bilməyəcəklər.
Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:49 / 29.11.2023
Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Pul köçürə bilmirlər
Hazırda oxunan: Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Pul köçürə bilmirlər
Hazırda oxunan: Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Pul köçürə bilmirlər
166636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.