Rusiya XİN: “ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır

Rusiya XİN: “ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır"

Hazırda oxunan: Rusiya XİN: “ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır"

166607

“Ukrayna ilə 2024-cü ildə belə atəşkəs əldə olunmayacaq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, Ukraynadakı hərbi münaqişə sülh sazişinin imzalanması ilə deyil, Rusiya xüsusi əməliyyatının bütün məqsədlərinə çatması ilə bitmə ehtimalı daha yüksəkdir:

“Mən atəşkəs gözləmirəm, gözləyirəm ki, məqsədlərimizə nail olacağıq”.

S.Ryabkov bildirib ki, ABŞ sülh istəyirsə, Moskvaya yox, Kiyevə üz tutmalıdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir.

Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO