“Google” aktiv olmayan hesabları siləcək - VİDEO

“Google” aktiv olmayan hesabları siləcək - VİDEO

Hazırda oxunan: “Google” aktiv olmayan hesabları siləcək - VİDEO

166248

Dekabrın ilk günlərindən etibarən “Google” bir sıra xidmətlər üçün aktiv olmayan istifadəçi hesablarını silməyə başlayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə şirkət öz bloqunda xəbərdarlıq edib.

Yeni qaydalar “Gmail” sahiblərinə, sənədlərin yaradılması xidmətinə, disk yaddaşına, “Meet” audio zəng və videokonfrans xidmətinə, təqvim planlaşdırıcısına, həmçinin fotoşəkillər hostinqinə təsir edəcək.
Son iki ildə öz hesablarına daxil olmayan istifadəçilər onlara girişi itirəcəklər.

“Google” bu tədbiri şirkətin serverlərində yerin boşaldılması və məlumatların təhlükəsizliyinin artırılması ilə izah edib. 

 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO