Zelenski:

Zelenski: "Ruslar məni devirmək üçün hər vasitədən istifadə edəcək"

Hazırda oxunan: Zelenski: "Ruslar məni devirmək üçün hər vasitədən istifadə edəcək"

165373

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Maydan-3” planının təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Zelenski bununla bağlı “The Sun” nəşrinə müsahibəsində açıqlama verib.

Onun sözlərinə görə, Ukraynada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulan “Maydan-3” əməliyyatı bu ilin sonuna planlaşdırılıb.

Ukrayna lideri qeyd edib ki, Rusiya Ukraynada genişmiqyaslı işğal əməliyyatlarına başlayandan indiyə qədər onu öldürmək üçün bir neçə dəfə sui-qsəd cəhdləri edib.

Zelenski onu da əlavə edib ki, ruslar onu devirmək üçün əllərində olan hər vasitədən istifadə edəcəklər.

“Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”, - deyə Vladimir Zelenski “fürsət yaranarsa, Ukrayna Putini öldürmək şansından istifadə edəcək ya yox?” sualını cavablandıraraq deyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO