Ermənistanın Məcburi İcra Xidmətinin keçmiş rəisi, general-mayor Miqran Poqosyan Moskvada saxlanılıb. O, Ermənistanda doqquz cinayət maddəsi ilə axtarışdadır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Mash Telegram kanalında yer alıb.
Mənbə yazır ki, məmur dünən günorta saatlarında Tverskaya küçəsində yol polisi tərəfindən saxlanılıb. Onun yanında qaçqın vəsiqəsi olub.
Artıq onun saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda Miqranın Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir. Eyni zamanda, Rusiya tərəfi Poqosyanın əvvəllər öz vətəninə göndərilməsi tələbindən imtina edib.
Rusiyada Miqran məhsulların topdan satışı, yük daşımaları, avtomobil icarəsi və lizinqlə məşğul olur.
Poqosyan Ermənistanda 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:41 / 20.11.2023
Moskvada erməni general saxlanıldı
Hazırda oxunan: Moskvada erməni general saxlanıldı
Hazırda oxunan: Moskvada erməni general saxlanıldı
165250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.