"CZN Burak" 5 ilə qədər həbs oluna bilər - VİDEO 

Hazırda oxunan: "CZN Burak" 5 ilə qədər həbs oluna bilər - VİDEO 

164680

Türkiyənin məşhur aşpaz və sosial şəbəkə fenomeni "CZN Burak" ləqəbli Muhammed Burak Özdemir və atası İsmayıl Özdemir icazəsiz tikinti aparma ittihamı ilə mühakimə edilirlər. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı  İstanbulda növbəti dəfə məhkəmə iclası keçirilib. 

B.Özdemir və atasının ayrı-ayrılıqda 5 ilə kimi həbsi tələb olunur. İttihama görə, onlar “Kentsel Sit Alanı” adlandırılan ərazidə qanunsuz tikinti aparıblar. 

Müdafiə çıxışı edən Özdemir özünü təqsirli bilməyərək bəraət istəyib:

“Atam təmirə başlanıldığını və bütün icazələri aldığını demişdi. Mənim təmirlə bağlı heç bir əlaqəm yoxdur”. 

Təqsirləndirilən İsmayıl Özdemirin vəkili isə müvəkkilinin bələdiyyədən icazə aldığını və Mədəni İrsi Qoruma Şurasının heç bir cavab vermədiyini deyərək bəraət hökmünün çıxarılmasını xahiş edib. 
Məhkəmə çatışmayan məsələlərin aradan qaldırılması üçün iclası təxirə salıb. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO