İsrail ordusu Qəzza sakinlərini evlərini tərk etməyə çağırıb - SƏBƏB 

İsrail ordusu Qəzza sakinlərini evlərini tərk etməyə çağırıb - SƏBƏB 

Hazırda oxunan: İsrail ordusu Qəzza sakinlərini evlərini tərk etməyə çağırıb - SƏBƏB 

164575

İsrail ordusu (İDF) ilk dəfə olaraq Qəzza zolağının cənubundakı bir neçə bölgənin sakinlərini dərhal evlərini tərk etməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  İsrail Nazirlər Kabineti başçısının nümayəndəsi “Sky News Arabiya” telekanalına bildirib. 

O qeyd edib ki, sektorun şimalında HƏMAS-ın məhv edilməsindən sonra İDF-nin döyüş əməliyyatları anklavın cənubuna köçürüləcək.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.  
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO