Qazaxıstanda mədən partlayışında ölənlərin sayı 35 nəfərə çatdı

Qazaxıstanda mədən partlayışında ölənlərin sayı 35 nəfərə çatdı

Hazırda oxunan: Qazaxıstanda mədən partlayışında ölənlərin sayı 35 nəfərə çatdı

161963

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb, 11 şaxtaçının axtarışları davam edir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl 33 nəfərin öldüyü bildirilmişdi.

Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO