İstanbul “Böyük Fələstin” nümayişinə HAZIRLAŞIR - FOTO/VİDEO 

İstanbul “Böyük Fələstin” nümayişinə HAZIRLAŞIR - FOTO/VİDEO 

Hazırda oxunan: İstanbul “Böyük Fələstin” nümayişinə HAZIRLAŞIR - FOTO/VİDEO 

161913

İstanbul sakinləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə keçirilən Fələstinə dəstək nümayişinə toplaşıblar.  

Bizim.Media xəbər verir ki, nümayiş keçmiş Atatürk. hava limanının ərazisində təşkil ediləcək. 

Ərazi Türkiyə və Fələstin bayraqları, eləcə də Əl-Əqsa məscidinin təsvirləri ilə bəzədilib və oraya 6 böyük ekran quraşdırılıb. 

Ərdoğanın rəhbərlik etdiyi nümayişdə Türkiyənin yüksək siyasi qurumu, eləcə də dəvət olunmuş ölkələrin nümayəndələri iştirak edəcək. 

Aksiya iştirakçılar üçün şəhərin 39 rayonundan pulsuz avtobuslar təşkil olunub. İstanbul metrosu bu gün sakinlərə pulsuz xidmət göstərir.  

Ərazidə təhlükəsizliyin təmin edilməsi üçün 5000 polis əməkdaşı xidmət göstərir. 

“Böyük Fələstin” nümayişinin yayımı üçün yerli və xarici mətbuat nümayəndələri üçün xüsusi yerlər ayrılıb. Nümayiş Türkiyə telekanallarında canlı yayımlanacaq. 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO