İslam Kərimovun nəvəsi ərindən boşandı – Oğlan onun varidatından sui-istifadə edib?

İslam Kərimovun nəvəsi ərindən boşandı – Oğlan onun varidatından sui-istifadə edib?

Hazırda oxunan: İslam Kərimovun nəvəsi ərindən boşandı – Oğlan onun varidatından sui-istifadə edib?

161306

Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillayeva rusiyalı videobloqer Amiran Sərdarovdan boşanıb. Qız ərinin onun varidatından sui-istifadə etdiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, Məryəm Tillyayeva bu barədə İnstaqram səhifəsində paylaşım edib.

“Oxşar vəziyyətdə olan qızlar məni başa düşəcəklər. Elə bil çiyinlərimdən ağır bir yük götürüldü... 2,5 il münasibətdə rəsmi nikahda olmuşam. Bunun 8 ayını birgə yaşadıq, qalan vaxt isə bir yerdə olmadıq. İndi isə çoxdan gözlənilən bu xəbəri rəsmi olaraq elan edə biləcəyim gün gəldi - nəhayət, boşandım!” - deyə Məryəm Tillayeva yazıb.

Artıq yenidən azad olduğunu yazan Məryəm qeyd edib ki, indi həyatda hər şey yalnız onun özündən asılıdır:

“Mən öz işlərimi, vaxtımı, maliyyə və planlarımı idarə edə bilərəm”.

Özbəkistan mediasının yaydığı xəbərə görə, Məryəm müsahibələrinin birində bildirib ki, ayrılmasına səbəb əri tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalması olub. Cütlük ötən ilin fevralında boşansa da, qız hələ də çətin anlar yaşayır. O qeyd edib ki, sosial şəbəkələrdə xoşbəxt və şən həyat nümayiş etdirir, amma evə gələndə yaşadıqlarını yenidən xatırlayır. Məryəm psixoloqa müraciət etdiyini boynuna alıb.

M.Tillayeva iddia edib ki, bundan əvvəl o, məktəbdə oxuduğu vaxtlarda da onu təhqir ediblər, başını unitaza soxublar və döyüblər.

Qeyd edək ki, Məryəm İslam Kərimovun ikinci arvaddan olan qızı Lolanın övladıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO