Pentaqon İsrailə ordu göndərəcəkmi? - RƏSMİ CAVAB

Pentaqon İsrailə ordu göndərəcəkmi? - RƏSMİ CAVAB

Hazırda oxunan: Pentaqon İsrailə ordu göndərəcəkmi? - RƏSMİ CAVAB

161029

“ABŞ ordusu İsrail və HƏMAS arasında münaqişədə yeni tərəflər meydana çıxacağı təqdirdə hərəkətə keçməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin bəyan edib.

“Əgər hər hansı ölkə və ya qrup bu münaqişəni genişləndirməyə çalışırsa, mənim məsləhətim odur ki, buna cəhd etməyin. Özümüzü müdafiə etmək hüququmuz var və lazım gələrsə, bunu etməkdən də çəkinməyəcəyik”, - deyə o, əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də “HƏMAS” İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa Daşqını” əməliyyatının başladığını elan edib.

Minlərlə yaraqlı İsrail ərazisinə daxil olaraq onlarla hərbi texnikanı və yüzdən çox mülki şəxsi girov götürüb. Bunun fonunda Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlandırılıb və məqsədlərindən biri də “HƏMAS”ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında “HƏMAS”ın yüzlərlə hədəfinə zərbələr endirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO