“İsrail iki milyon Fələstin vətəndaşının təcrid olunmasını "terrorla mübarizə" adlandırır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail və Fələstin arasında gedən müharibənin de-eskalsiyası ilə bağlı Qahirədə keçirilən sülh samiitində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İsrail Hizbullahın hərbi obyektlərini belə MƏHV ETDİ – VİDEO
O qeyd edib ki, Fələstində vəziyyət həmişə faciəli olub və indi bu qanlı qırğına çevrilib:
“İnsanlara bu cür kollektiv və amansız əzab vermək üçün bir bəhanə və səbəb ola bilməz, eləcə də Qəzzada baş verənlərin bir bəhanəsi yoxdur.
İsrailin bəzi ölkələr tərəfindən qeyd-şərtsiz silahlandırılması regionda işğalın daha da dərinləşməsinə imkan yaradır və bu siyasi mövqe münaiqşənin digər vacib tərəfini - Fələstini gözardı edir”.