Bloomberg: “ABŞ İsraildən HƏMAS-a qarşı əməliyyatları təxirə salmağı xahiş edib”

Bloomberg: “ABŞ İsraildən HƏMAS-a qarşı əməliyyatları təxirə salmağı xahiş edib”

Hazırda oxunan: Bloomberg: “ABŞ İsraildən HƏMAS-a qarşı əməliyyatları təxirə salmağı xahiş edib”

160832

ABŞ və Avropa İtiffaqı İsrail hakimiyyətindən Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatını təxirə salmağı xahiş edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bununla birlikdə, HƏMAS-ın 7 oktyabrda girov götürülmüş bəzi mülki şəxslərin ən azı bir hissəsini İsraildən fələstinli məhbusların sərbəst buraxılmasını tələb etmədən buraxmağa razı ola biləcəyinə dair bəzi əlamətlər var.

HƏMAS-la danışıqların Qətər vasitəsilə gizli formada aparıldığı qeyd olunub.

Eyni zamanda, HƏMAS hərəkatı "izz Ed-Din əl-Kassam briqadası" qruplaşmasının döyüş qanadının iki girovu — ABŞ-dan bir ana və qızı sərbəst buraxdığını söylədi. Bu məlumatın İsrail və ya ABŞ tərəfindən təsdiqlənməsi hələ yoxdur.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO