Putin Macarıstan Baş nazirini təriflədi:

Putin Macarıstan Baş nazirini təriflədi: "Ona paxıllıq edirlər"

Hazırda oxunan: Putin Macarıstan Baş nazirini təriflədi: "Ona paxıllıq edirlər"

160435

"Ukrayna ilə danışıqlar aparılması üçün bu danışıqları qadağan edən fərman ləğv olunmalıdır".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirilən mətbuat konfransında Macarıstan Baş naziri Viktor Orban ilə danışıqlarının nəticələrini şərh edərkən deyib.

O bildirib ki, V.Orbanın Ukrayna münaqişəsinin dinc yolla həlli perspektivləri barədə sualına cavabında rəsmi Kiyevin Rusiya prezidenti ilə danışıqlar aparılmasına qoyduğu qadağanı götürməsinin vacibliyini vurğulayıb. V.Putin əlavə edib ki, ona Ukrayna tərəfinin danışıqlara hazır olması barədə məlumatlar çatır.
Bundan əlavə, Rusiya Prezidenti Macarıstan Baş nazirini rusiyapərəst adlandıranlara cavab verərək deyib ki, Viktor Orban rusiyapərəst deyil, macarıstanpərəst siyasətçidir:

“O, öz xalqının maraqlarını müdafiə etmək cəsarətinə malikdir. Bugünkü Avropanın bir çox siyasi xadimləri bu cəsarətə malik deyillər, buna görə də ona paxıllıq edirlər”.

V.Putin, həmçinin Pekində Serbiya Prezidenti Aleksandr Vuçiç ilə də görüşdüyünü və onun Serbiya ətrafında yaranmış narahatlığına şərik olduğunu qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO