Pekində əməkdaşlıq forumu işə başladı - Pərviz Şahbazov iştirak edir

Pekində əməkdaşlıq forumu işə başladı - Pərviz Şahbazov iştirak edir

Hazırda oxunan: Pekində əməkdaşlıq forumu işə başladı - Pərviz Şahbazov iştirak edir

160351

Çinin paytaxtı Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu işə başlayıb.

Bizim.Media xəbər verir ki, Çin Xalq Respublikasının ev sahibliyi etdiyi forumun açılış mərasimində bir neçə ölkənin dövlət və hökumət başçısı, yüksəkvəzifəli rəsmi şəxslər, beynəlxalq və regional təşkilatın rəhbərləri iştirak edir.

“Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümünə təsadüf edən builki forumda 114 ölkədən və 30 beynəlxalq təşkilatdan ümumilikdə 4 mindən çox nümayəndə iştirak edir.

Azərbaycanı forumda energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri, habelə “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, təmiz ipək yolu, dənizçilik əməkdaşlığı müzakirə olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO