İsraildə mövcud münaqişəyə cavab məqsədilə Aİ-nin İspaniyada təlimləri keçirilir

İsraildə mövcud münaqişəyə cavab məqsədilə Aİ-nin İspaniyada təlimləri keçirilir

Hazırda oxunan: İsraildə mövcud münaqişəyə cavab məqsədilə Aİ-nin İspaniyada təlimləri keçirilir

160323

İspaniyada 3 minə yaxın hərbçinin iştirakı ilə Avropa İttifaqı (Aİ) tarixində ilk birgə “MILEX 23” səhra təlimi başladı. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell İspaniyanın Rota hərbi dəniz bazasında keçirdiyi mətbuat konfransında məlumat verib. 

O bildirib ki, təlimlər dəniz sahilində praktiki desantlardan ibarət olacaq: 

"Bu, Aİ-ni müasir böhranlar və gələcək təhlükəsizlik təhdidləri ilə mübarizə aparmağa qadir etmək üçün atılmış addımdır". 

O qeyd edib ki, bu təlimlərdən əldə olunan təcrübə humanitar missiyalar, o cümlədən təxliyə zamanı istifadə oluna bilər və İsraildə mövcud münaqişəyə cavab vermək üçün istifadə edilə bilər. 
İspaniyada keçirilən təlim bir həftə davam edəcək. TəlimdəAİ-nin 16 ölkəsindən 2,8 min hərbi çevik qüvvələri iştirak edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO