Ərdoğan və Makron telefonla DANIŞDI 

Ərdoğan və Makron telefonla DANIŞDI 

Hazırda oxunan: Ərdoğan və Makron telefonla DANIŞDI 

159679

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. 

Məlumata əsasən, telefon danışığı zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən intensivliyi artan İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib. 
Ərdoğan Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım etmək üçün səy göstərdiyini, xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq üçün addımlar atmalı olduğunu vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO