İsrail səfiri dəstəyə görə Azərbaycan xalqına TƏŞƏKKÜR ETDİ - VİDEO

İsrail səfiri dəstəyə görə Azərbaycan xalqına TƏŞƏKKÜR ETDİ - VİDEO

Hazırda oxunan: İsrail səfiri dəstəyə görə Azərbaycan xalqına TƏŞƏKKÜR ETDİ - VİDEO

159085

“Azərbaycandakı bacı və qardaşlarımızın dəstək mesajları bizi heyrətə gətirdi”. 

Bizim.Media  xəbər verir ki, bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik mətbuata açıqlamasında bildirib. 

“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır. İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!”, - deyə diplomat qeyd edib. 

O qeyd edib ki, qan vermək üçün gözləyən yüzlərlə israilli var:

“Yüzlərlə israilli ehtiyac anlarında Cənubda yaşayan xalqına kömək etmək üçün könüllü olaraq çalışır. Orduya qoşulmaq və ədalət uğrunda döyüşmək üçün dünyanın hər yerindən geri uçan insanlar var. Biz öz ailəsini, torpağını qoruyacaq şir millətiyik. Biz qərarlıyıq, biz birik və biz qalib gələcəyik”. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO