Netanyahudan xalqa MÜRACİƏT: “Bu döyüş deyil, müharibədir” – VİDEO  

Netanyahudan xalqa MÜRACİƏT: “Bu döyüş deyil, müharibədir” – VİDEO  

Hazırda oxunan: Netanyahudan xalqa MÜRACİƏT: “Bu döyüş deyil, müharibədir” – VİDEO  

158745

“İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir”. 

Bizim.Media xəbər verir verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib. 

O, İsrail vətəndaşlarını əmin edib ki, "Həmas" hücuma görə cavab verəcək. 

Hökumət başçısı vətəndaşları ordunun və arxa cəbhədəki qurumların tapşırıqlarına əməl etməyə çağırıb. 

Xatırladaq ki, bu gün gecə saatlarından başlayaraq Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.   
Eyni zamanda, “Həmas” silahlıları İsrail ərazisinə daxil olaraq, bir sıra hərbi və infrastruktur obyektlərinə hücum ediblər. İsrail Ordusunun xeyli sayda hərbçisinin həyatını itirdiyi və əsir alındığı ilə bağlı xəbərlər yayılıb. 

İsrail Müdafiə Qüvvələri cavab tədbiri olaraq, Qəzza zolağında “Dəmir qılınclar” ("Iron Swords") adı altında hərbi əməliyyatlara başlayıb.  

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO