İraq hökumətinin göstərişi ilə Suriya ilə sərhəddə beton hasarlar hazırlanır.
Bizim.Media xəbər verir ki, artıq Suriya ilə sərhədin 50 kilometri tamamən beton divarlarla örtülüb.
İraq Ordusunun mətbuat sözçüsü Tahsin əl-Xafaji divarların çəkilməsini Suriyadan İraqa kütləvi terrorçu axını ilə əlaqələndirib.
"Ölkəmizə terrorçuların çoxu Suriyadan daxil olur. Bunlar İŞİD, YPG və PKK üzvləridir. Biz bununla bağlı rəsmi Dəməşqə xəbərdarlıq etmişdik lakin müsbət cavab ala bilmədik. Hökumət olaraq bu qərarı vermək məcburiyyətində qaldıq", - deyə sözçü bildirib.
Bizim.Media