Alimlər koronavirusu məhv edən yeni maska hazırladı - Rahat yeyə biləcəksiniz - FOTOLAR

Alimlər koronavirusu məhv edən yeni maska hazırladı - Rahat yeyə biləcəksiniz - FOTOLAR

Hazırda oxunan: Alimlər koronavirusu məhv edən yeni maska hazırladı - Rahat yeyə biləcəksiniz - FOTOLAR

15808

Meksikalı alimləri koronavirusa qarşı yeni maska hazırlayıblar.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu maska yalnız burnu əhatə edir. Yeni məhsulla asanlıqla yemək yeyə, su içə və ya diş həkiminə getmək olar.

 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda yayılan qrip koronavirusa yoluxmanı artıracaq” - İNFEKSİONİST 


Layihənin koordinatoru Qustavo Akosta Altamirano burun maskasının COVID-19 infeksiyasına yoluxma riskini azaltdığını iddia edib.

Onun sözlərinə görə, yeni maska COVID-19  infeksiyasının modifikasiyalarına qarşı mübarizədə mühüm töhfə olacaq.

"Xüsusilə sağlam məsafəni gözləmək çətin olduqda (restoranlarda, uçuşlarda və ya stomatoloji görüşlərdə) özünüzü  yoluxmadan müdafiə edə bilərsiz" - deyə alim izah edib.

Qoruyucu maskalar istehsal edən “BioSerenity” (Fransa) şirkəti, yeni məhsulun havanı dezinfeksiya edə biləcəyini açıqlayıb. Şirkət nümayəndələrinin fikrincə, bu maskanın içərisindəki xüsusi bir təbəqə xəstəlik törədiciləri məhv etmək gücündədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO