Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

Hazırda oxunan: Avropanın ən böyük qaz yatağında hasilat dayandırıldı

157870

Oktyabrın 1-də Niderlandın Qroningen şəhərində Avropanın ən böyük yatağında qaz hasilatı dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ANP agentliyi məlumat yayıb.

Qroningen yatağı 1959-cu ildə kəşf edilib. Ən pik dövründə burada ildə 50 milyard kubmetrdən çox qaz hasil edilirdi. Lakin zəlzələlər səbəbindən hasilatın 2018-ci ildə tədricən azaldılması və yatağın bağlanması barədə qərar qəbul edilib.

İyun ayında Niderland hakimiyyəti 2023-cü il oktyabrın 1-dən etibarən Qroningendə qaz hasilatını tamamilə dayandırmaq qərarına gəlib. Eyni zamanda, fövqəladə hallarda, məsələn, soyuq qışla əlaqədar olaraq yatağın istismarını bərpa etmək mümkündür.
Eyi zamanda yatağın fəaliyyətinin tam dayandırılması üçün parlamentin qərarı lazımdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO