Xəbər verdiyimiz kimi, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Çində səfərdədir.
Bizim.Media russian.rt.com-a istinadən xəbər verir ki, o, bu cür bəyanatla Çinli həmkarı ilə görüşdə çıxış edib. Lavrov bildirib ki, Moskva və Pekin birgə Birləşmiş Millətlər Təşkilatının Qərbin məhəl qoymadığı nizamnamə prinsiplərini müdafiə etməlidirlər.
MÖVZU İLƏ BAĞLI:
Rusiya dollardan imtina edə bilər – Lavrov təklif verib, Çinlə danışığa gedir
Lavrov Çinin xarici işlər naziri Van I ilə danışıqlar zamanı bildirib ki, "dünyada vəziyyət yaxşı deyil və arxayınlaşmağa heç bir əsas yoxdur".
O qeyd edib ki, Qərbin liderləri "çoxqütblü dünya quruluşunun formalaşdığı tarixin obyektiv gedişatına məhəl qoymadan bütün vəziyyətlərdə öz üstünlüklərini təmin etməyə çalışırlar".
Lavrov sonda qeyd edib ki, “əlbəttə, biz bu gedişatla razılşa bilmərik, ədaləti müdafiə etməkdə öz həmfikirlərimizi səfərbər etməliyik”. Sitatın sonu.
Bizim.Media