Ukrayna müdafiə nazirinin bütün müavinləri işdən çıxarıldı

Ukrayna müdafiə nazirinin bütün müavinləri işdən çıxarıldı

Hazırda oxunan: Ukrayna müdafiə nazirinin bütün müavinləri işdən çıxarıldı

155747

Ukrayna Nazirlər Kabineti müdafiə nazirinin bütün müavinləri işdən çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə hökumətin Ukrayna Ali Radasındakı (parlament) nümayəndəsi Taras Melniçuk “Telegram”da bildirib.

Qeyd olunub ki, Ukrayna müdafiə nazirinin müavinləri Anna Malyar, Vitali Deyneqa, Denis Şarapov, Vladimir Qavrilov, Rostislav Zamlinski, Andrey Şevçenko tutduqları vəzifədən uzaqlaşdırılıb.
Həmçinin, Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da vəzifəsindən azad edilib.

Xatırladaq ki, Ukraynanın yeni müdafiə naziri, milliyətcə Krım tatarı olan Rüstəm Umerovdur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO