Gürcüstanda ermənilər jurnalistləri təhdid edir

Gürcüstanda ermənilər jurnalistləri təhdid edir

Hazırda oxunan: Gürcüstanda ermənilər jurnalistləri təhdid edir

1557

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlər və onların Qarabağ Müharibəsini ədalətli mövqedən işıqlandıran gürcü həmkarları ermənilərin təqibləri ilə üzləşiblər.

Bu barədə Bizim.Media-ya məlumat verən jurnalist İmran Eyvazov bildirir ki, Ermənistanın işğalçılıq siyasətini işıqlandıran xəbər platformaları, o cümlədən “The Caucasian Telegraph (TCT)”, “Caucasian New Network (CNN)”, “Voice of Caucasus (VOC)” ermənilər tərəfindən təqib olunur.

Onlar “Platformanızı bağlayacağıq”, “Sizi tapacağıq” kimi ifadələrlə hədə-qorxu gəlirlər. Sözügedən portallar ermənilərin mənfur əməllərini yayımlayan, çoxsaylı auditoriyası olan platformalardır.

Şərhlərində gürcüləri din qardaşı adlandırır, Azərbaycana dəstək olduqları üçün nifrət yağdırırlar: “Gedin müsəlmalara girin, bir gün terrora məruz qalanda ağlınız başınıza gələr”, deyə iki başlı təhdidlər edirlər.

Gürcülər isə ermənilərin cavabını konkret faktlarla verirlər: “52-ci batalyonu unutmamışıq. Həmişə arxamızdan vurmusunuz”, “Siz qonşuluq bacarmırsınız, satqınsınız, tarix boyu gürcülərə xəyanət etmisiniz”, “Azərbaycanlılar Gürcüstanın ağır günündə yanımızda olublar, onlardan heç vaxt xəyanət görməmişik”.

İ.Eyvazov qeyd edir ki, ermənilərin ikiüzlü siyasətindən bəhs edən “Erməni lobbisi Putinin əleyhinə qalxdı” adlı film çəkiblər. Film ermənilərin M.Qorbaçovu pulla ələ alaraq SSRİ-nin dağıdılması, Qarabağın ələ keçirilməsi, Qərblə Rusiya arasında ikiüzlü siyasətindən  bəhs edir.

Müsahibimiz bildirir ki, ermənilərin təqiblərinə baxmayaraq Gürcüstanda azərbaycanlı jurnalistlər informasiya müharibəsində əzmlə vuruşurlar: “Necə ki, cəbhədə əsgərlərimiz, eləcədə biz azərbaycanlı jurnalistlər də informasiya savaşında erməniləri iti qovan kimi qovuruq və sona qədər də qovacağıq”.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO