Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur.
Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
XİN başçısının sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.
“Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkan təqdim edir”, - diplomat vurğulayıb.
Xarici işlər naziri onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.
Bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Diplomat qeyd edib ki, ölkəsinin Türkmənistan və Qətərdən qaz almaq planları var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 17.09.2023
Macarıstanlı nazirdən Türk dövlətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Macarıstanlı nazirdən Türk dövlətləri ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Macarıstanlı nazirdən Türk dövlətləri ilə bağlı AÇIQLAMA
155625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.