Hindistan Ermənistana haubitsa tədarük edib

Hindistan Ermənistana haubitsa tədarük edib

Hazırda oxunan: Hindistan Ermənistana haubitsa tədarük edib

155256

Ermənistan Hindistandan 6 ədəd ATAGS 155 mm çaplı artilleriya qurğusu alıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölkənin yerli müdafiə şirkəti “Bharat Forge”nin rəhbəri Babu Kalyani bildirib ki, haubitsalar avqustun əvvəlində İrəvana təhvil verilib. 

Bildirilib ki, bu, imzalanmış müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır. Müdafiə müqaviləsi Ermənistana ümumi dəyəri 155,5 milyon dollar olan 90 ATAGS qurğusunun tədarükünü nəzərdə tutur. 
Müqavilə əsasında növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsa mərhələli şəkildə çatdırılacaq. Eyni zamanda qeyd olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO